17 C
Baku
Wednesday, October 2, 2024

Facebook 10 yaşlı uşağa 10 000 dollar ödədi

Forbes nəşrinin verdiyi məlumata görə, Facebook şirkəti ona məxsus olan Instagram fotoservisində xəta aşkar etməsi səbəbindən 10 yaşlı Helsinki sakini olan Yani-yə 10 000 dollar ödədi.

Yani Finlandiyanın Iltalehti nəşrinə bildirmişdir ki, Instagramda aşkar etdiyi funksiya sayəsində istənilən Instagram istifadəçisinin mətn yazısını silə bilər. O qeyd etmişdir ki, o istənilən şəxsin yazısını silə bilər, hətta müğən Justin Bieber-in belə.

Şirkətin yol verdiyi xəta 2016-cı ilin fevral ayının sonunda düzəldilir, Yani isə Facebook-dan öz mükafatını mart ayında əldə edir. O əldə etdiyi bu məbləği yeni velosipedə, futbol oyunu üçün yeni ləvazimatlara və qardaşları üçün yeni kompüter oyunlarına xərcləməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər