“Facebook” sosial şəbəkəsi aprel-sentyabr ayları ərzində 3,2 milyard saxta hesabı silib.
Report agentliyi “Associated Press”ə istinadən xəbər verir ki, bu, əvvəlki altı ayla müqayisədə çoxdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə bu rəqəm 3 milyard idi.
Qeyd olunub ki, bütün saxta hesablar aktiv olmadan əvvəl bağlanıb.
Şirkət, hazırda 2.45 milyard hesabın təxminən 5% -nin saxta olduğunu təxmin edir