14 C
Baku
Thursday, March 28, 2024

“Facebook” ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilələrin qarşısını alan proqram hazırlayıb

“Facebook” şirkəti siyasətçilərin və partiyaların sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün xüsusi proqram işləyib hazırlayıb. Qeyd edildiyi kimi, bu proqram 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilələrin qarşısını alacaqdır.

Proqram vəzifəli şəxslərin, namizədlərin, habelə onların işçilərinin və digər şəxslərin hesablarını xakker hücumlarından qorumaq üçün nəzərdə tutulduğu bildirilir.

Məlum olduğu kimi, hesablardan birinə hücum aşkar edildikdə, şirkət “proqramımızda qeydə alınmış eyni təşkilatla əlaqəli olan” digər hesabları yoxlaya və qoruya biləcəkdir.

Son xəbərlər
Digər xəbərlər