27 C
Baku
Saturday, July 27, 2024

“Facebook” amerikalı şagirdlər üçün onlayn məzun günü təşkil edəcək

Mayın 15-də Vaşinqton vaxtı ilə 11:00-da “Facebook” və “Instagram “da #Graduation2020 həştəqi altında amerikan tələbələrin onlayn məzun günü başlayacaq.

Banker.az xəbər verir ki, məzun günündə Oprah Uinfri, müğənni Awkwafina (Akvafina), aktrisa Cennifer Qarner, reper Lil Nas X, gimnast Simona Baylz və digələri çıxış edəcəklər.

Qeyd edildiyi kimi, məzunlar “Facebook” vasitəsilə öz virtual məzun gününü keçirmək imkanını əldə edəcəklər. Onlar üçün xüsusi funksiyalar əlçatan olacaq: virtual buraxılış mərkəzi, dəyişilən filtrlər, “Messenger Rooms” vasitəsilə ailə və dostlarla qeyd etmək.

Məzun günü üçün əlavə funksiyalar və AR-effektlər həmçinin “Instagram”a da əlavə ediləcək.

Son xəbərlər
Digər xəbərlər