18 C
Baku
Monday, September 16, 2024

Facebook Avropada pul köçürmələri xidmətini işə salır

Facebook sosial şəbəkəsi İrlandiya Mərkəzi bankından elektron pullar ilə bağlı lisenziya əldə edib.

Banker.az PaySpaceMagazine-ə istinadən xəbər verir ki, artıq sosial şəbəkə bütün Avropa üzrə messencerdə р2р pul köçürmələri xidmətini işə sala bilər.

Əldə edilən bu lisenziya həmçinin Facebook şəbəkəsinin avropalı istifadəçiləri arasından xeyriyyə məqsədilə ianələr toplamağa və həmin məbləği Avropa İqtisadi zonası ölkələrində qeydiyyatda olan xeyriyyə təşkilatlarına köçürməyə icazə verir.
Qeyd edək ki, Facebook messencer ilə ödəniş etmək funksiyasını 2015-ci ilin iyul ayında yaradıb. MasterCard və Visa kartlarının sahibləri Facebook hesablarına öz kart məlumatlarını əlavə edə və çatda sadəcə “$” düyməsinə basmaqla dostlarına pul göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər