19 C
Baku
Wednesday, October 2, 2024

Facebook “Bəyənmədim” funksiyasını yaradacaq

Facebook şirkətinin yaradıcısı və icraçı direktoru Mark Tsugerberq sosial şəbəkədə Dislike (Bəyənmədim) funksiyasının yaradılacağını elan etdi. O bu məlumatı Facebook şirkətinin Kaliforniyada yerləşən baş-qərargahında keçirilən mətbuat konfransı gedişində səsləndirmişdir.

O deyib: “Mənə elə gəlir ki, insanlar artıq uzun illərdir Dislike funksiyasını tələb edir. Bu gün xüsusi olaraq deyə bilərəm ki, biz bu funksiya üzərində işləyirik və tezliklə sosial şəbəkədə peyda olacaq”.

O dəqiqləşdirərək bildirmişdir ki, Dislike hər hansı bir postun “əleyhinə” səs verməyə bənzəməyəcək və paylaşılan məlumata təəssüf etmək və yaxud mənfi emosiyalarını bildirmək xarakteri daşıyacaq. Qeyd edək ki, Like funksiyası 2009-cu ildə yaradılmışdı.

Son xəbərlər
Digər xəbərlər