23 C
Baku
Sunday, September 29, 2024

“Facebook” beyin siqnallarını oxuyan və obyektləri idarə edən bilərzik təqdim etdi – Video

“Facebook” öz bloqunda beyin siqnallarını oxuya bilən və kənar obyektləri idarə edən bilərzik təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin qeyd etdiyi kimi, bu bilərzik elektromioqrafiya adlanan texnologiyadan istifadə edir.

Elektromioqrafiya texnologiyası istifadəçinin nə etmək istədiyini başa düşür və hərəkətlərini virtual və ya genişləndirilmiş reallıqda əks etdirir. “Bu, fikirləri oxumaq kimi deyil”, – şirkətin mesajında deyilir.

“Facebook” bu texnologiyanın işini belə izah edir: hər insanın beynində çoxlu fikirlər var, lakin o, yalnız bəzilərinə uyğun hərəkət edir. Beyin düşüncələri seçir və əllərə siqnallar ötürür, bundan sonra insan bu və ya digər hərəkətə keçir – mətn yazır, jestlər göstərir və s. Beləliklə, elektromioqrafiya bu siqnalları rəqəmsal əmrlərə çevirir.

Hələki bilərzik baş və işarə barmağını sıxmaq kimi sadə jestləri oxuya bilir. “Facebook” gələcəkdə elektromioqrafiya vasitəsilə istifadəçilərin virtual obyektləri hərəkət etdirə və ya klaviatura olmadan mətn yaza biləcəyini proqnozlaşdırır.

“CNBC” qeyd edir ki, şirkət bilərziyi ağıllı eynəklərlə birlikdə istifadə etməyi planlaşdırır. Xatırladaq ki, “Ray-Ran” adlı bu eynəklər 2021-ci ildə təqdim ediləcək.

Son xəbərlər
Digər xəbərlər