15 C
Baku
Friday, November 8, 2024

“Facebook” biometrik məlumatların toplanmasına görə $550 mln. cərimə ödəyəcək

Amerikanın “Facebook” şirkəti qeyri-qanuni olaraq istifadəçilərin biometrik məlumatlarını topladığı üçün iddiaçılara 550 milyon dollar kompensasiya ödəyəcək.

Banker.az xəbər verir ki, bu haqda “Facebook” un maliyyə direktoruna istinadən “The New York Times” qəzeti yazıb.

Xatırladaq ki, bu məsələ 2015-ci ildə ABŞ-ın İllinoys ştatının sakinləri tərəfindən qaldırılıb. İstifadəçilər şirkəti qeyri-qanuni olaraq biometrik məlumatların toplanmasında günahlandırıblar. İddiaçıların fikrincə, sosial şəbəkədə istifadə edilən üz tanıma sistemi biometrik məlumatları toplamağa və saxlamağa imkan verir. Məhkəmənin verdiyi məlumata görə, “Facebook” təxminən 6 milyon sakinin hüququnu pozmuş olub.

Son xəbərlər
Digər xəbərlər