25 C
Baku
Friday, April 19, 2024

Facebook bir çox şirkətlərə istifadəçilərin şəxsi məlumatlarına çıxış imkanı veribmiş

Uzun illərdir ki, Facebook sosial şəbəkəsinin idarəçiləri, üçüncü tərəf şirkətlərə istifadəçilərin məlumatlarına çıxış imkanı verirmiş. The New York Times qəzetinin xəbərinə görə, təxminən 150 şirkət FB istifadəçilərinin şəxsi məlumatlarına “xüsusi” çıxış imkanını qazanmışdı.

NYT jurnalistləri keçmiş Facebook əməkdaşı ilə söhbət etməklə yanaşı, digər şirkətlərlə əlaqələrə görə məsuliyyət daşıyan FB departamentinin hazırladığı sənədləri təhlil ediblər. Nəticələr jurnalistləri dəhşətə gətirib. Marks Zuckerberg-in şirkəti, digər şirkətlərə istifadəçilərinin yalnız dostlar siyahısına deyil, şəxsi mesajlarına da çıxış imkanını vermişdir.

Bing axtarış sistemi (Microsoft Corporation-a məxsusdur) Facebook-da dostlar siyahısına, Netflix və Spotify streaming xidmətləri FB istifadəçilərinin bir-birinə göndərdiyi şəxsi mesajlara, onlayn mağazası olan Amazon isə sosial şəbəkə istifadəçilərin buna razılığı olmadan əlaqə məlumatlarına çıxış əldə edə biliblər.

Bütün bunlar Amerikanın mövcud qanunvericiliyinə zidd olduğuna görə, söhbət çox ciddi ittihamlardan gedir.

Maraqlıdır ki, FB-un tərəfdaşları arasında, istifadəçilərin şəxsi məlumatlarına geniş çıxış əldə etmiş şirkətlərdən biri də Rusiyanın “Yandex” internet şirkəti var.

 

Son xəbərlər
Digər xəbərlər