22 C
Baku
Saturday, September 28, 2024

Facebook bu rüb 7 milyard qazanıb

Facebook bu gün İnvestor Əlaqələri səhifəsi üzərindən etdiyi rəsmi açıqlama ilə 2016-ci ilin üçüncü rübün maliyyə nəticələrini açıqladı.

III rübdə ümumi olaraq  7.01 milyard dollarlıq rekord gəlir əldən Facebook yüksəlişini davam etdirib.

Aylıq aktiv istifadəçi sayını 1.79 milyarda yüksəldən Facebook-un, aylıq aktiv istifadəçi sayında da hələ də sabit böyümə olması Facebook-un səhmdarlarının üzünü güldürür.

Facebook təəccüblü rəqəmlərə analitiklərin gözlənitlərini də aşmağı bacardı.

Belə ki, bir çox analitiklər daha az rəqəmlər gözlərkən Facebook yenə də  artıqlaması ilə yüksəlməyi bacardı.

II  rübdəki 1.57 milyard aylıq mobil aktiv istifadəçi sayı, bu rübdə 5.7 faiz artaraq 1.66 milyon aylıq mobil aktiv istifadəçi sayına çatdı. Facebook-un qurucusu və CEO-su Mark Zuckerberg məsələ ilə bağlı verdiyi açıqlamada   bu rübün onlar üçün uğurlu olduğunu və bundan sonra video məzmunu prioritet olaraq alan və tətbiqlərini buna görə dizayn edərək 10 illik texnologiya yol xəritəsi üzərində çalışdıqlarını açıqlayıb.

Xeberler.az

Son xəbərlər
Digər xəbərlər