“Facebook” çıxarıla bilən kameralı “ağıllı” saat buraxacaq

“Facebook” şirkəti çıxarıla bilən kameralı “ağıllı” saat buraxmağı planlaşdırır. “The Verge”nin qeyd etdiyi kimi, “Facebook”un ilk “ağıllı” saatının 2022-ci ilin yayında bazara çıxması gözlənilir. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cihaz ağ, qara və qızılı rənglərdə təqdim ediləcək, aksessuarın qiyməti təxminən 400 dollar təşkil edəcək.

Nəşrin mənbələri vurğulayırlar ki, “Facebook”un “ağıllı” saatları LTE dəstəyini alacaq və bu funksiyadan smartfonsuz istifadə etmək mümkün olacaq.

Cihazın fərqləndirici xüsusiyyətlərindən biri də iki kamera olacaq: videozənglər üçün ekrana yerləşdirilmiş ön kamera və foto (video) çəkiliş üçün əsas kamera. Tərtibatçıların düşündüyü kimi, əsas kameranı saatdan çıxarmaq və müstəqil şəkildə istifadə etmək mümkün olacaq. Bunlardan əlavə, cihaz fitnes-treker, messencer və tətbiq dəstəyi funksiyalarını alacaq.

“The Verge”nin verdiyi məlumata görə, Mark Çukerberq bütün diqqətini daşına bilən elektronika istehsalına yönəltmək istəyir. Mütəxəssislərin fikrincə, bu, şirkətin “Google” və “Apple” korporasiyalı ilə mübahisələri fonunda baş verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.