11 C
Baku
Saturday, November 16, 2024

“Facebook” Çukerberqin qərarlarını ləğv edə biləcək müstəqil müşahidə şurasını yaradıb

“Facebook” saytda kontentin moderasiyasi ilə bağlı mübahisələri həll edəcək müstəqil müşahidə şurasının ilk üzvlərini təyin edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu, İT şirkətindəki ilk dövlət orqanıdır və onun yaradımasına təxminən 130 milyon dollar vəsait xərclənib.

Müşahidə şurasına dörd həmsədr rəhbərlik edəcək:

1. Helle Torninq-Şmitt (Helle Thorning-Schmidt) – Danimarkanın keçmiş baş naziri və “Save yeh Children” təşkilatının baş direktoru.
2. Camal Qrin – Kolumbiya Universitetinin hüquq professoru.
3. Maykl MakKonnell – ABŞ-ın Federal Dairə Məhkəməsinin keçmiş hakimi, hazırda Stenford hüquq məktəbinin professoru.
4. Katalina Botero Marino – İnsan Hüquqları üzrə Amerikaarası Komissiyanın (IACHR) ifadə azadlığı üzrə keçmiş xüsusi məruzəçisi, hazırda Kolumbiyadakı And Universitetində hüquq fakültəsinin dekanı.

Şuranın tərkibinə həmçinin Katon İnstitutunun vitse-prezidenti Con Sambls, “The Guardian” nın keçmiş redaktoru Alan Rusbricer, Nobel mükafatının laureatı Tavakkol Karman və digərləri daxildir.

Komissiyanın 20 üzvünün hamsının insan hüquqları və fərqli siyasi görüşlərin qorunması sahəsində təcrübəsi var. “Facebook” un kontentin moderasiyası sahəsində qəbul etdiyi qərarla razılaşmayan istifadəçilər şuraya müraciət edərək apelyasiya tələb edə bilər.

MakKonell qeyd edir ki, şura bir çox istifadəçini əhatə edən, o cümlədən ictimai diskussiyaya və ya “Facebook” un siyasətinə təsir göstərən işlərə baxacaq.

Son xəbərlər
Digər xəbərlər