10 C
Baku
Monday, November 18, 2024

Facebook-da ən çox izlənilən sığorta şirkəti (araşdırma)

Bu gün Facebook şirkətlərə öz müştəriləri ilə əlaqə yaratmaq, ünsiyyətə girmək və feedback əldə etmək üçün ən gözəl və sərfəli məkanlardan biridir. Təbii ki, bu şirkətlər arasında sığorta şirkətləri də yer almalıdır. Sığorta şirkətləri istər sığorta mədəniyyətinin formalaşdırılması, insanların sığorta haqqında məlumatlandırılması, öz məhsullarının tanıtımı və eləcə də istifadəçilərin şikayət, təklif və suallarını cavablandırmaq üçün facebook-un yaratdığı bu imkanlardan istifadə edə bilərlər.

Təəssüflər olsun ki, sığorta şirkətlərimiz Facebook-dan elə də aktiv istifadə etmirlər. Əksər sığorta şirkətlərinin facebook-da səhifəsi yoxdur və ya varsa da yeni məlumatların yerləşdirilməsi həyata keçirilmir, səhifələr 2011-2012-ci ildə ilişib qalıblar. Buna rəğmən sığorta şirkətlərinin aktiv səhifələrinin göstəricilərini diqqətinizə təqdim edirik

Facebook-da ən çox bəyənilən sığorta şirkətləri isə Buta Sığorta, Ata Sığorta və Atəşgah sığorta şirkətləridir.

1.    Buta Sığorta

54,172 bəyənənlərin sayı • 887 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 4874;   bir postun orta like sayı – 56; ay ərzində cəmi post sayı 86

2.    AtaSığorta

25,494 bəyənənlərin sayı • 1,750 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 2321;   bir postun orta like sayı – 61; ay ərzində cəmi post sayı 38.

3.    Atəşgah Sığorta Qrupu

17,762 bəyənənlərin sayı • 117  müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 197;   bir postun orta like sayı – 8; ay ərzində cəmi post sayı 25

4.    A-Group Sığorta Şirkəti

16,458 bəyənənlərin sayı • 162 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 116;   bir postun orta like sayı – 29; ay ərzində cəmi post sayı 4

5.    Paşa Sığorta

11,783 bəyənənlərin sayı • 720 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 78;   bir postun orta like sayı – 13; ay ərzində cəmi post sayı 6

6.    Bakı Sıgorta

5,273 bəyənənlərin sayı • 61 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 20;   bir postun orta like sayı – 4,  ay ərzində cəmi post sayı 5

7.    Alfa Sığorta

3,620 bəyənənlərin sayı • 30 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 577;   bir postun orta like sayı – 32; ay ərzində cəmi post sayı 18

8.    PAŞA Həyat Sığorta ASC

2,751 bəyənənlərin sayı • 69 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 342;   bir postun orta like sayı – 7,5; ay ərzində cəmi post sayı 46

9.    “Başak-İnam Sığorta Şirkəti” ASC

2,438 bəyənənlərin sayı • 247 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 137;   bir postun orta like sayı – 6; ay ərzində cəmi post sayı 35.

10.    “Qarant Sığorta” ASC
1,634 bəyənənlərin sayı • 35 müzakirə edənlərin sayı

11.    Standard Insurance
2,218 bəyənənlərin sayı • 12 müzakirə edənlərin sayı

12.    “Meqa Sığorta” ASC
1,164 bəyənənlərin sayı • 20 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 163;   bir postun orta like sayı – 7; ay ərzində cəmi post sayı 25

13.    AMRAH Sığorta / AMRAH İnsurance
884 bəyənənlərin sayı • 3 müzakirə edənlərin sayı

14.    Azsığorta
300 bəyənənlərin sayı • 72 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 12;   bir postun orta like sayı – 4; ay ərzində cəmi post sayı 3

15.    “Qala Həyat” Sığorta Şirkəti ASC
253 bəyənənlərin sayı • 3 müzakirə edənlərin sayı

16.    Azərbaycan Sənaye Sığorta
204 bəyənənlərin sayı • 6 müzakirə edənlərin sayı

17.    AXA MBASK
195 bəyənənlərin sayı

18.    AZERSİGORTA-Dövlət Siğorta Şirkəti
97 bəyənənlərin sayı • 4 müzakirə edənlərin sayı
Ay ərzində toplam like sayı – 14;   bir postun orta like sayı – 1,5, ay ərzində cəmi post sayı 9

19.    SILK WAY INSURANCE
48 bəyənənlərin sayı

Qeyd: Araşdırma zamanı səhifələrin bu günə olan bəyənilmə və müzakirə sayı əsas götürülüb, araşdırma özü isə 22 oktyabr və 22 noyabr tarixlərini əhatə edib, yəni aylıq göstəricilər həmin tarixlərə əsaslanır.

Gördüyünüz kimi müəyyən göstəriciləri bəzi şirkətlərdə qeyd etmək mümkün olmamışdır, çünki həmin səhifələrdə təhlil olunan müddət ərzində yeni post yerləşdirilməsi həyata keçirilməmişdir.

Nəticə

1.    Siyahıda nəticələrinə görə geridə qalan sığorta şirkətlərinə tövsiyə etmək istərdik ki, məhsul və elanlarla yanaşı istifadəçilərin marağına uyğun şəkil, məlumat və sığorta ilə  bağlı maraqlı faktlar paylaşmaqdan çəkinməsinlər. Belə olduqda səhifə daha aktiv olar və müzakirə edənlərin sayı, o cümlədən səhifənin aylıq toplam bəyənilmə sayı daha yüksək olar.

2.    Məlumatları müəyyən intervalla yerləşdirmək lazımdır. Məsələn bir gün ərzində 5 xəbər və sonra beş gündən bir 1 xəbər yerləşdirməkllə effektivliyə nail olmaq olmaz.  Hər gün 2 xəbər və şəkil paylaşmaqla daha yaxşı nəticə əldə etmək olar.

3.    Amma gün ərzində bir neçə paylaşma etməyi nəzərdə tutan səhifə adminləri isə yaxşı olar ki, məlumatlar arasında 30-45 dəqiqəlik interval götürsünlər.

Bununla yanaşı yaxşı olar ki, sığorta şirkətləri sığorta ilə bağlı maarifləndirmə işlərini davam etdirsinlər.

Son xəbərlər
Digər xəbərlər