20 C
Baku
Tuesday, October 1, 2024

Facebook-da istifadəçi sayı 2 milyarda çatır

İlin ilk rübünəaid maliyyə nəticələrini açıqlayan Facebook sürətlə böyüməyə davam edir.

2017-ci ilin ilk  rübünü ə 8.03 milyard dollar gəlir və 3 milyard dollar mənfəət  ilə  bağlayan Facebook  ötən ilin eyni dövründəki 1.86 milyard olan aylıq aktiv istifadəçi sayını 4.3 faiz  artıraraq 1.94 milyarda yüksəldib.

Şirkətə istinadən məlumata görə, şirkət ötən ilin ilk rübündə 5.38 milyard dollarlıq gəlirini 49 faiz artıraraq 8.03 milyard dollar çıxarıb.

Facebook 2016-cı ilin son rübündə isə 8.80 milyard dollar gəlir əldə etmişdi.

Mənfəətini də artırmağı bacaran sosial media nəhəngi 2016-cı ili ilk rübündə 1.73 milyard dollar olan məbləği 3 milyard dollara qədər yüksəldib.

Qeyd edək ki, Facebook-un ötən ilin son rübündə isə 3.56 milyard dollar mənfəət əldə edib.

Şirkət 2016-cı ilin son rübünə nisbətən 17 faiz artaraq 65 milyard olan aylıq aktiv istifadəçi sayını 1.94 milyarda yüksəldib.

Günlük aktiv istifadəçi rəqəmlərində da kiçik bir artım edən Facebook 2016-cı ilin ilk rübündə 1.09 milyard, dördüncü rübündə isə 1.22 milyard olan gündəlik aktiv istifadəçi sayını 2017-də 1.28 milyarda qaldırıb.

Qeyd edilir ki, böyük ehtimalla 2017-ci ilin  ikinci rübündə Facebook 2 milyard aylıq aktiv istifadəçini keçəcək.

Şirkətin CEO-su Mark Zuckerberg maliyyə hesabatlarla əlaqədar verdiyi açıqlamada qeyd edib ki, 2017-ci ilə yaxşı başlayıblar.

Şirkət rəhbərinin sözlərinə görə,  Facebook şiddət məzmunlu videoların qarşısını almaq üçün 3 min nəzarətçini bu videoların  məzmunlarını araşdırılmları üçün işə götürəcək.

Son xəbərlər
Digər xəbərlər