12 C
Baku
Thursday, March 28, 2024

“Facebook” daha bir yenilik təqdim edir

Növbəti “Facebook Messenger” versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək. Bu barədə “AppStore” əlavəsinin saytında deyilir.

Banker.az Sputnik resursuna istinadən yazır ki, noyabrın 7-də buraxılan sonuncu “Facebook Messenger 191.0” versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq. “İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq”, — tərtibatçılar qeyd edib.

Məlumata görə, proqram yenilənməsinin yaxın bir neçə həftə ərzində buraxılacağı qeyd olunsa da, konkret tarix göstərilmir.

Son xəbərlər
Digər xəbərlər