15 C
Baku
Wednesday, October 2, 2024

Facebook-dan oyun həvəskarlarına xoş xəbər

Oyun bazarında güclənməyi planlaşdıran Facebook yeni platforma hazırlayır.

Platformada masaüstü oyunlarla yanaşı, iOS və Android üçün oyunlar da yer alacaq.

Facebook bu işdə oyun sahəsində ixtisaslaşmış “Unity” ilə əməkdaşlıq edir.

Platformanın digərlərindən fərqi – proqramçılara açıq olmasıdır. Onlar Facebook və «Unity»nin oyun alətlərindən faydalanıb 2D, 3D, VR və ya AR dəstəkli öz oyunlarını hazırlaya biləcəklər.

Proqramçılar avqustun 18-dən 31-dək platformanın alfa versiyasına qoşulub, oyunlarını hazırlaya bilərlər.

Azadliq Radiosu

Son xəbərlər
Digər xəbərlər