35 C
Baku
Thursday, June 20, 2024

Facebook “Dislike” funksiyasından imtina etdi

Facebook sosial şəbəkəsi bir müddət əvvəl şəbəkədə “Dislike” funksiyasını yaradacağını elan etmişdi. İndi isə şirkət “Dislike” funksiyasını yaratmaqdan imtina etdiyini və bunun əvəzində “Like”-ın funksiyalarını inkişaf etdirəcəyini bildirdi. Belə ki, “Like” funksiyasına sevgi, təbəssüm, gülüş, təəccüb və qəzəb ifadə edən “smaylik”-lər əlavə ediləcək.

“Like” funksiyasının imkanlarının genişləndirilməsi ilə istifadəçilər paylaşılan postlara daha emosional reaksiya verə biləcəklər. Yenilik bu gün, yəni 9 oktyabr tarixindən İspaniya və İrlandiyada sınaqdan keçiriləcək, daha sonradan isə bütün istifadəçilərin istifadəsinə təqdim ediləcək.

Həmçinin, Mark Tsugerberq bildirmişdir ki, Facebook sosial şəbəkəsində “Dislike” funksiyası onu Reddit-ə bənzədəcəkdi və istifadəçilərin əhvalını korlamağa xidmət edəcəkdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər