13 C
Baku
Monday, September 30, 2024

“Facebook” “distant iş” üzrə direktor vəzifəsini yaradıb

“Facebook” şirkəti “distant iş” üzrə direktor vakansiyasını açıb. Verilən məlumata görə, həmin şəxsin əsas vəzifəsi şirkətin distant iş üzrə uzunmüddətli strategiyasını hazırlamaq olacaq. Bundan əlavə, onun vəzifə öhdəliklərinə şirkətin distant iş rejiminə keçməsinə görə cavabdeh olan komandaya rəhbərlik etmək, bu rejimdə dəyərlər proqramını tərtib etmək, o cümlədən işçilərə əmək haqlarını və müxtəlif bonusları ödəmək daxil olacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, “Facebook”da distant iş üzrə direktor vəzifəsinə işə düzəlmək istəyən hər bir kəs, komandaların və ya insan resursları şöbəsinin idarəedilməsinə ən azı 15 illik təcrübəyə malik olmalıdır.

Xatırladaq ki, sosial şəbəkənin əməkdaşları 2020-ci ilin mart ayından bəri “evdən” işləyirlər. Şirkət onları 2020-ci ilin iyulunda ofislərə “qaytarmaq” istəsə də, distant rejim 2021-ci ilin iyul ayının sonunadək uzadılıb. Əməkdaşlarının qeydinə qalan “Facebook”, hər bir işçiyə evdə ofis qurmaq üçün 1000 dollar əlavə vəsait ödəyəcək.

“Facebook”un icraçı direktoru Mark Zuckerberg, may ayında 5-10 il ərzində şirkətin dünyadakı işçilərinin ən azı yarısının daimi olaraq distant işə keçəcəyini söyləmişdir. “Business Insider” xatırladır ki, 2020-ci ilin mart ayında sosial şəbəkədə 48 mindən çox insan çalışıb.

Son xəbərlər
Digər xəbərlər