22 C
Baku
Sunday, June 26, 2022

“Facebook” distant rejimi 2022-ci ilə qədər uzadıb

Amerikanın “Facebook” şirkəti koronavirus pandemiyası fonunda distant rejimi 2022-ci ilə qədər uzadıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir ki, qərar koronavirusun daha təhlükəli olan “delta” növünün yayılması ilə əlaqəli olub.

Xatırladaq ki, daha əvvəl korporasiyanın rəhbəri Mark Çukerberq işçilərinin yarısının 5-10 ildən sonra distant çalışacağını deyib.

“Koronavirusun “delta” ştamının yayılması səbəbindən ABŞ-dakı komandalarımızı 2022-ci ilin yanvar ayında qədər distant rejimdə saxlamağa qərar verdik. Digər ölkələrin də bizi təqib etməsini gözləyirik”, – deyə mesajda bildirilir.

Bir həftə əvvəl “Amazon” və “Twitter” də distant rejimin müddətini uzadıb. “Apple” işçiləri arasında aparılan sorğuya görə, işçilərin 35%-i rəhbərliyin bu mövzuda çevik olmaması səbəbindən şirkətdən ayrılmaqdan qorxur.

Son xəbərlər
Oxşar xəbərlər