14 C
Baku
Saturday, November 16, 2024

“Facebook” dövlət nəzarətində olan KİV-lərin paylaşımlarını işarəliyəcək

“Facebook” istifadəçilər üçün şəffaflığı təmin etmək məqsədi ilə dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinin paylaşımlarını işarəliyəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Şirkət nəşrin sahiblik quruluşu, rəhbərlik və işçilər haqqında məlumatlar, redaksiya siyasəti və maliyyələşdirmə mənbələri əsasında dövlət nəzarətinin mövcudluğunu müəyyənləşdirməyi planlaşdırır. Bu istiqamətdə bütün dünya üzrə 65 media mütəxəssisi çalışır.
Belə işarə almış nəşr sosial şəbəkənin qərarı ilə razı olmadığı təqdirdə, o, apelyasiyaya müraciət edə və müstəqilliyini təsdiq edən əlavə sənədlər təqdim edə bilər.
Qeyd edildiyi kimi, sosial şəbəkə yay aylarında ABŞ-da dövlət nəzarəti altında olan KİV-lərin reklamlarını blok etməyə başlayacaq. Xatırladaq ki, 2016-cı ildə şirkət kütləvi tənqidlə üzləşmişib: ABŞ-da keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsi xəbəri ortaya çıxdı
Son xəbərlər
Digər xəbərlər