20 C
Baku
Friday, September 20, 2024

Facebook “hack” edildikdən sonra darknetdə hesabların hər biri $3-12 satılır

Banker.az-ın The Independent-ə istinadən verdiyi məlumata görə, Facebookda istifadəçilərin hesabları hack edildikdən bir həftə sonra onlar darknetdə satışa çıxarılıb.  

Jurnalistlər, darknetdə onlarla  bu cür satış siyahıları tapıblar – internetin bir hissəsi, yalnız müəyyən proqramlardan istifadə etmək üçün nəzərdə tutulub.. Facebook istifadəçilərinin fərdi məlumatları 3 dollardan 12 dollara qədər olan qiymətlərlə satılır. Bu qiymətlərlə təsirə məruz qalan hesabların ümumi dəyəri təxminən, qara internet bazarında 150 milyon dollardan 600 milyon dollara qədər ola bilər. Doğrudur, alışı yalnız Bitcoin kimi rəqəmsal valyutalara həyata keçirmək olar.

Onlar Dream Market kimi məşhur qara bazarlarda aşkar edilə bilər (satıcılar Amazon və eBay-də işləyənlərə oxşar sistemlə təsdiqlənir). Hesab məlumatlarını satanlar, saytdakı yaxşı nüfuza sahib satıcılara bənzəyirlər, bu da məlumatların real olduğunu göstərir, qəzet qeyd edir.

Məlumatların qorunması üçün yeni qaydalara əsasən, AB-də fəaliyyət göstərən GDPR şirkəti, istifadəçilərinin məlumatlarını qorumaq üçün kifayət qədər tətbiq alınmadığı aşkarlandığı təqdirdə, şirkətə 1,63 milyard dollar həcmində cərimə tətbiq edə bilər.

Xatırladaq ki, ötən cümə axşamı Facebook sosial şəbəkəsi  hacker hücumuna məruz qalmışdı. Şirkətdə mövcud olan zəiflik səbəbiylə, 50 milyon şəbəkə istifadəçisinin hesabı təhlükəyə məruz qaldı.

Son xəbərlər
Digər xəbərlər