25 C
Baku
Saturday, July 27, 2024

Facebook hesabı tamamilə necə silinir?

“Facebook-u necə silə bilərəm?” ötən həftə ərzində Google axtarışlarında birinci olub.

Bəs Facebook hesabını tamamilə necə silmək olar?

Facebook hesabınızı birdəfəlik silmək və onun yenidən açılmamasını təmin etmək üçün dondurma əməliyyatlarını yerinə yetirmək lazımdır.

Qeyd edək ki, hesabınızı tamamilə silməzdən öncə bəzi məlumatları bilməyiniz faydalıdır.

Facebook hesabının silinməsi üzrə təlimatları təqdim edirik:

-Facebook hesabınızı bağlayanda əgər səhifələriniz, ya qruplarınız varsa və bu səhifələrdə adminsinzsə hesabla birlikdə səhifə, qruplar da silinəcək. (Səhifənin silinməməsi üçün ikinci bir admin əlavə edə bilərsiniz)

– Silinmiş hesabı istədiyiniz formada yenidən açıla bilməzsiniz. Bu səbəbdən Facebook hesabınızı silmədən iki dəfə düşünün.

– Facebook-da bəzi əməliyyatlar Siz hesabı sildikdən sonra da qala bilir. Məsələn, hesabınızı silsəniz, dostunuza göndərdiyiniz mesajlar sizdən silinsə də, onda qalır.

– Hesabınızı sildiyinizdə digər insanlar profilinizi görməyəcək. Buna baxmayaraq, bütün məlumatları silmək üçün müəyyən qədər vaxt tələb oluna bilər. Hesabınızın statusu yeniləmələri, şəkillər və videolar bir ehtiyat sistemdə saxlanılır. Bütün məlumatların silinməsi 90 günə ərzində həyata keçir.

Facebook-u birdəfəlik silmək

-Yuxarda göstərilən təlimatları etdikdən sonra Ərizələri aşağıdakı linkə keçid edərək “Hesabımı Sil” düyməsinə basmalısınız.

https://www.facebook.com/help/delete_account

Nəhayət, açılacaq pəncərəyə təhlükəsizlik kodu və Facebook parolunuzu daxil etməlisiniz. Facebook hesabını sildikdən 2 həftə müddətində hesabınıza daxil olmamalısınız. Əks halda hesabınızı bağlamaq əməliyyatlarl sıfırlanacaq və bunun üçün yenidən cəhd etməli olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər