21 C
Baku
Tuesday, October 1, 2024

Facebook hesabınızın təhlükəsizliyi üçün sosial şəbəkəyə üz tanıma sistemi gəlir

“Facebook”, sosial şəbəkədəki hesabın, üz skanı vasitəsilə bərpa olunması funksiyasını test edir.

Bu funksiya, bir növ iPhone X modelindəki Face ID texnologiyasına bənzəyir. Bu barədə Techcrunch xəbər verib. Şirkət ümid edir ki, bu yeni funksiya, artıq var olan iki faktorlu autentifikasiya özəlliyini tamamlayacaq və daha yaxşı təhlükəsizliyi təmin edəcək. Məlumata əsasən üz tanıma sistemi, yalnız hesabınıza girişi reallaşdırdığınız cihazlarda aktiv olacaq. Bununla yanaşı hələki məlum deyil ki, bu yeni funksiya hamı üçün aktiv olacaq yoxsa yox. Yeni funksiyanın test çərçivəsində onun necə güvənli və faydalı olduğu şirkət tərəfindən müəyyən ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər