1 C
Baku
Saturday, December 14, 2024

“Facebook” Hindistan telekommunikasiya şirkətinin bir hissəsini aldı

“Facebook” şirkəti Hindistanın “Jio Platforms” telekommunikasiya şirkətinə 5,7 milyard dollar sərmayə qoyub. Müqavilə tənzimləyicilər tərəfindən təsdiqləndikdən sonra “Facebook” 9,9% pay alaraq şirkətin ən böyük monitar səhmdarına çevriləcək.

Banker.az xəbər verir ki, “Jio Platforms” – Hidistanın ən böyük telekommunikasiya operatorudur. Şirkət “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambaniyə məxsusdur.
Beləliklə, “Facebook” Hindistanın inkişaf etməkdə olan bazarına bahis etmiş olur.

“Bu investisiyalar bizim Hindistana bağlılığımızı vurğulayır”, – sosial şəbəkədə bildirilər.

“Ölkə böyük rəqəmsal çevrilişin ortasındadır və Jio kimi təşkilatlar yüz milyonlarla hindistanlının və kiçik müəssisənin İnternetə çıxışı əldə etməsində böyük rol oynamışdır. Bu, indi xüsusilə vacibdir, çünki kiçik biznes iqtisadiyyatın əsasını təşkil edir və onlar bizim dəstəyə ehtiyac duyurlar”, – deyə “Facebook” un rəhbəri Mark Çukerberq qeyd edir.

Hindistan şirkətin ən böyük bazarlarından biridir. “Facebook” a məxsus olan “WhatsApp” messencerinin Hindistandakı auditoriyası 400 milyon nəfəri ötür. Onun əsas məqsədi Google Pay və Paytm rəqiblərini sıxışdıraraq, Hindistanda öz rəqəmsal ödəmə xidmətini işə salmaqdır.

Qeyd edək ki, “Reliance” holdinqi müqavilə vasitəsilə 40 milyard dollara çatan borc yükünü azaltmağa nail olacaq. Holdinq bu borcu 2021-ci ilin mart ayına qədər ödəməlidir

Son xəbərlər
Digər xəbərlər