20 C
Baku
Tuesday, October 1, 2024

Facebook ilin payızına bunu da reallaşdırır – Özüdə pulsuz

“Facebook” sosial şəbəkəsi bu ilin payızında “Workplace” messencerinin pulsuz versiyasını işə salmaq qərarına gəlib.

“Vladtime.ru” saytına istinadən məlumata görə, bu messencer bazarda “Slack”ın əsas rəqibi olacaq.

Tərtibatçılar bildirir ki, yeni xidmət şirkətlərin əməkdaşlarına müəyyən məhdud qruplar daxilində məlumat və fayl mübadiləsini həyata keçirmək imkanı verəcək. Bu, onların iş prosesinə müsbət təsir göstərəcək və vacib qərarların qəbul edilməsini sürətləndirəcək.

“Workplace”in sınaqlarının keçirilməsi bu həftə planlaşdırılır. Pulsuz rəsmi versiya isə istifadəçilər üçün cari ilin oktyabr ayında əlçatan olacaq.

Qeyd edək ki, adıçəkilən messencer səsli və videozənglər təklif edir. Axıcı video (streaming) da mümkün olacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər