13 C
Baku
Monday, September 30, 2024

“Facebook” ilk “ağıllı” eynəyini 2021-ci ildə buraxacaq

“Facebook” şirkəti “Luxottica” ilə birlikdə Ray-Ban brendi altında ilk “ağıllı” eynəyini 2021-ci ildə buraxacaq. Banker.az xəbər verir ki, bu barədə şirkətin təqdimatında Mark Zuckerberg məlumat verib.

“Onların komandası ilə vaxt keçirtdikdən və fabriklərini gəzdikdən sonra başa düşdüm ki, ən yaxşı texnologiyadan istifadə edib ağıllı eynək yarada biləcəyik. Düzünü desəm, məhsul haqqında hələ ətraflı məlumat verə bilmirəm, amma bu, genişlənmiş reallıq istiqamətində növbəti addım olacaq”, – Zuckerberg söyləyib.

İstehlakçılar üçün “ağıllı” eynək hazırlamaq üçün şirkət yeni texnologiyanı öz işçiləri üzərində test etmək üçün Project Aria eynəyini buraxacaq. Onlar bu cihazı kampus ərazisində və ictimai yerlərdə taxacaqlar.

Qeyd edək ki, Project Aria eynəklərində genişlənmiş reallıq funksiyası yoxdur və onlar satışa çıxarılmayacaq. Toplanmış məlumatlar Ray-Ban eynəklərinin təkmilləşdirilməsi məqsədilə istifadə ediləcək.

“Bu eynəklər bizə proqram və aparat təminatını necə qurmalı olduğumuzu anlamağımıza kömək edəcək”, – deyə “Facebook”un aparat təminatı şöbəsinin rəhbəri Endyu Bosvort söyləyib.

 

Son xəbərlər
Digər xəbərlər