“Facebook” şirkəti vençur investorların vəsaitləri hesabına özünün kriptovalyutasını istifadəyə verməyi planlaşdırır. The New York Times saytının jurnalisti Nathaniel Popper-in “Facebook”-dakı mənbələrinə istinadən verdiyi məlumata əsasən, bunun üçün şirkətə 1 milyard dollar investisiya lazım olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Popper-in məlumatlarına əsasən investorların vəsaitlərindən “Facebook” şirkəti öz kriptovalyutasının zəmanəti üçün istifadə etmək istəyir. Kriptovalyutanın məzənnəsi isə bank hesablarında olan xarici valyutalara birləşdiriləcək.
Popper-in “Facebook” şirkətində olan mənbələrinin verdikləri məlumatlara əsasən “Facebook” özünün kriptovalyuta layihəsini desentrəlizə və yalnız “Facebook”-un idarəsində olmayan kimi təqdim etmək üçün xarici investorları cəlb etmək istəyir. Qeyd etmək lazımdır ki, “Facebook”-un öz kriptovalyutasını yaratmaq planı hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxtda Bloomberg saytının mənbələri bildirmişdilər ki, “Facebook” öz kriptovalyutasından Whatsapp-da pul köçürmələrini reallaşdırmaq üçün istifadə edəcək və həmin kriptovalyuta ABŞ dollarına birləşdiriləcək.
©Technote.az