-3 C
Baku
Sunday, December 15, 2024

“Facebook” iş yerində psixoloji xəsarətlərə görə moderatorlara $52 mln. təzminat ödəyəcək

2018-ci ilin sentyabrında “Facebook” un keçmiş moderatoru Selena Skola şirəti məhkəməyə vermişdir. Banker.az xəbər verir ki, bu haqda “The New York Times” məlumat verib. Sosial şəbəkədə doqquz ay işlədikdən sonra o, posttravmatik stress pozuntusu problemi ilə üzləşib. Belə ki, moderasiya üçün Selena Skola mütəmadi olaraq təcavüz, qətl və ya intihar şəkillərini nəzərdən keçirməli idi.

Məhkəmə iddiasına “Facebook” un digər bir neçə moderatoru qoşulub. Onların sözlərinə görə, şirkət iş yerində işçilərin təhlükəsizliyi təmin edə bilməmişdir.

Skola 2016-cı il prezident seçkilərindən sonra işə götürülən moderatorlardan biri olmuşdur.

Şirkət moderatorlara minimum 1000 dollar ödəməyə razılıq verib. Əgər onlara posttravmatik stress pozuntusu və ya digər oxşar xəstəliklər diaqnozu qoyulsa, məbləğ daha çox ola bilər – 6 min dollara qədər. Qeyd edildiyi kimi, kompensasiya 11 250 moderatora ödəniləcək.

Bundan əlavə, “Facebook” travmatik şəkillər və videoların təsirini azaltmaq üçün moderasiya vasitələrini dəyişdirməyə razılıq verib. Məsələn, bütün moderatorlar videoların səsini söndürə və ya görüntünü ağ-qara edə bilərlər.

Eyni zamanda, şirkət işçilərinin ruhi sağlamlığını təmin etmək üçün moderatorlarla həftəlik görüşlər keçirəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər