36 C
Baku
Wednesday, August 17, 2022

Facebook istifadəçilərinin məlumatlarını daha ciddi qoruyacaq

“Facebook” şirkəti “Facebook Messenger” ani yazışma proqramında “gizli çat” xidmətinin sınaqlarına start verib. Məlumatına görə, “gizli çat” xidməti istifadəçilərə yazışmaların birbaşa (end-to-end) şifrələnməsini təklif edir. Bu o deməkdir ki, bir qurğudan başlanılan yazışma digər qurğuda əlçatan olmayacaq.

Məsələn, əgər siz dostunuza mobil telefon vasitəsilə mesaj yazmısınızsa həmin mesajı kompyuterdən oxumaq mümkün olmayacaq.

Oxşar iş prosesi “Telegram” mesencerində tətbiq olunur. Bundan əlavə, “Facebook”a məxsus WhatsApp proqramında bu cür şifrələnmə artıq 2016-cı ilin aprelindən istifadəyə verilib. Whatsapp-da mesajların şifrələnməsi haqda xəbərdarlıq

ANS PRESS

Son xəbərlər
Oxşar xəbərlər