12 C
Baku
Monday, September 30, 2024

“Facebook” istifadəçiləri App Store-dakı 30% -lik komissiya barədə bildiriş almayacaqlar

“Apple” şirkəti “Facebook” şəbəkəsinə tətbiqini yeniləməyə icazə verməyib. Qeyd edildiyi kimi, “Facebook” tətbiqinə App Store-da 30%-lik komissiya barədə xəbərdarlıq funksiyasını əlavə etməyi planlaşdırırdı. Banker.az xəbər verir ki, bu barədə sosial şəbəkəyə istinadən “Reuters” məlumat verib.

“Facebook” yeniləməni təsdiqləmək üçün bu bildirişi silməli olub. “Apple” bunu App Store qaydaları ilə izah edir. Onlara əsasən, tərtibatçılar istifadəçilərə “aktual olmayan” məlumatları göstərə bilməzlər.

Bildirilir ki, “Apple”in alış-verişdən 30% komissiya tutması haqqında bildiriş, onlayn ödəniş zamanı yoxlama düyməsinin altında görünməli idi. Daha əvvəl sosial şəbəkə “Apple”dan tədbiq tərtibatçılarına dəstək olmaq məqsədi ilə bu komissiyadan imtina etməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməyib.

“Facebook” şirkəti “Google Play” üçün yeniləmədə bilet satışına heç bir komissiyanın tətbiq edilməyəcəyini planlaşdırmışdı. “İndi həmişəkindən daha çox insanlara kiçik biznes üçün ayrılan pulun hara getdiyini başa salmalıyıq. Təəssüf ki, Apple istifadəçilərə 30%-lik vergi haqqında bildiriş göndərmək təklifimizi rədd edib. Lakin buna baxmayaraq, bu məlumatın tətbiq daxilində görünməsi üçün müəyyən işlər aparılır”, – “Facebook” bildirib.

“Apple” bu məsələyə şərh bildirməyib.

download 1

Son xəbərlər
Digər xəbərlər