Bu il ərzində məşhur sosial şəbəkə olan Facebook ABŞ-ın bir çox bankına həmçinin JPMorgan Chase, Wells Fargo, Citigroup və U.S.Bancorp banklarına müraciət edərək, istifadəçilər haqqında maliyyə məlumatını istəyib. Banker.az bildirir ki, xüsusilə sosial şəbəkəni bank kartları ilə əməliyyatlar və hesabın vəziyyətinə dair məlumatlar maraqlandırır.
Sosial şəbəkə, istifadəçilərə yeni bir xidmət təqdim etmək, mal və xidmətlərin satın ala biləcəyi bir platforma yaratmaq istəyir. Öz növbəsində, banklar yeni potensial müştərilər əldə edəcəklər. Mənbələrə görə, məsələ, sosial şəbəkədə hesabın vəziyyətini birbaşa göstərməyin mümkünlüyündən gedir.
Facebookla aparılan danışıqlarda Cambridge Analytica ilə qalmaqal əsaslanaraq əsas məqam müştəri məlumatlarının məxfiliyini qorumaqdır. Facebook, üçüncü tərəflərə maliyyə məlumatlarını təqdim etməyəcəyini və ya hədəf reklamlarında istifadə etməyəcəyini söylədi. Facebook-un mətbuat-katibi Elizabet Dayanın sözlərinə görə, şirkətin reklam məqsədi ilə müştərilərin məlumatlarının istifadəsində banklarnan müqaviləsi və tərəfdaşlığı olmadığını söylədi.
“Bir çox digər online şirkətlər kimi, biz də maliyyə təşkilatları ilə müntəzəm olaraq daha yaxşı xidmək göstərmək üçün insanların ticarət təcrübəsini necə inkişaf etdirə biləcəyimiz haqqında düşünürük.”
Elizabeth Dayan
Facebookun mətbuat-katibi