21 C
Baku
Thursday, April 25, 2024

“Facebook” istifadəçilərin şəkillərdə üz tanınmasını qadağan edəcək

“Facebook” rəhbərliyi tezliklə bütün istifadəçilərin sosial şəbəkələrdəki şəkillərdə üz tanıma texnologiyasından istifadəni qadağan edə biləcəyi funksiyanı təqdim etmək niyyətindədir.

Report agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi “Facebook” bloqunda yayımlanan bəyanatda deyilir.

Qeyd olunub ki, yeni istifadəçilər üçün bu funksiya əvvəlcə bağlı olacaq. Lakin istifadəçi bu funksiyanı istənilən vaxt aktiv edə bilər. Çərşənbə axşamı isə bu funskiya hər kəs üçün açıq olacaq.

Bəyanatda deyilir ki, istifadəçilərə üzlərin tanınması ilə bağlı digər yeniliklər də təqdim olunacaq. Bunların arasında şəxsin olduğu fotoşəkili özününkü kimi təqdim edilməsi barədə avtomatik olaraq istifadəçiyə xəbərdarlıq göndərilməsi funksiyasıdır. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər