12 C
Baku
Wednesday, December 11, 2024

“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

“Facebook” sosial şəbəkəsinin 3 milyondan çox istifadəçisinin şəxsi məlumatları internetdə yayılıb.

“New Scientist” nəşrinə istinadən xəbərə görə, bu istifadəçilər sosial şəbəkədə “myPersonality” proqram əlavəsinin testindən keçib. Psixoloji testin nəticələri Kembric Universitetinin alimləri tərəfindən elmi tədqiqatlarda istifadə olunub. Alimlər məlumatlardan istifadə etdikdən sonra onları 4 il ərzində kifayət qədər qorunmayan saytda saxlayıblar.

Bundan başqa, proqram 22 milyon istifadəçinin statuslarını və 4 milyon istifadəçinin demoqrafik məlumatlarını da toplayıb. İnsanlara xəbərdarlıq edilib ki, onların informasiyalarından anonim üsullarla istifadə oluna bilər, lakin istifadəçilərin kimliyinin gizlədilməsi üçün lazımi tədbirlər görülməyib.

“Facebook” ötən həftə “myPersonality” əlavəsini sosial şəbəkədən uzaqlaşdırıb və bu barədə araşdırma apardığını açıqlayıb. Böyük Britaniya da ayrıca təhqiqat aparır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər