24 C
Baku
Monday, September 30, 2024

Facebook kapitalizasiyası 500 milyard dolları geridə qoydu

Facebook şirkətinin səhmləri 27 iyul tarixində 5% bahalaşıb ki, bu da şirkətin kapitalizasiyasının 500 milyard dollardan yüksək göstəriciyə çatmasına səbəb olub.

Banker.az saytı CNN-ə istinadən xəbər verir ki, hazırda Facebook şirkətinin dəyərinin dünyada kapitalizasiyasını geridə qoyduğu 4 nəhəng şirkət var: Amazon – $515 milyard, Microsoft – $573 milyard, Alphabet – $664 milyard və Apple – $799 milyard.

Facebook şirkətinin səhmləri şirkətin cari rüblə bağlı maliyyə hesabatının nəşr edilməsindən sonra yüksəldi. Belə ki, hesabatda qeyd edilir ki, şirkətin gəlirinin artımı planlaşdırılan göstəricidən daha yüksək olub. Ümumilikdə, şirkətin mənfəəti 9,93 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər