6 C
Baku
Sunday, December 15, 2024

“Facebook” korperasiyası “Clubhouse”un analoqunu yaradacaq

Amerikanın “Facebook” korporasiyası “Clubhouse” adlı sosial şəbəkənin analoqu ola biləcək xidmət üzərində çalışır.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə iki mənbəyə istinadən “The New York Times” yazır.

Verilən məlumata görə, “Facebook” rəhbərliyi işçilərinə “Clubhouse”a bənzər tətbiq tərtib etmək tapşırığını verib. Hal-hazırda bu layihə inkişafının ilk mərhələsindədir və şirkət daxilində “Fireside” kimi tanınır.

“Facebook”un rəhbəri Mark Çukerberq audio vasitəsilə əlaqə qurmaq imkanlarını reallaşdırmaq istəyir. Xatırladaq ki, yanvarın 7-də sahibkar “Clubhouse”da virtual reallıq mövzusuna həsr olunmuş müzakirələrdən birində iştirak edib.

Son xəbərlər
Digər xəbərlər