18 C
Baku
Tuesday, April 23, 2024

“Facebook” kriptovalyutasında zəif cəhəti tapana 10000$ mükafat təyin edib

ABŞ mərkəzli sosial media nəhəngi “Facebook Inc.” 2020-ci ildə özünün “Libra” kriptovalyutasını istifadəyə verəcəyini bildirib. Sözügedən kriptovalyuta böyük beynəlxalq şirkətlər tərəfindən dəstəklənsə də, hələ də onunla bağlı qaranlıq qalan bir sıra məqamlar var.

“Libra” layihəsinin direktoru Michael Engle kriptovalyutanın blokçeyn texnologiyasında zəif cəhət tapan istənilən şəxsə 10000 ABŞ dolları məbləğində mükafat verəcəklərini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, “Facebook Inc.” 2011-ci ildən bəri layihələrində səhvləri aşkarlayanlara ümumilikdə 7.5 milyon ABŞ dolları məbləğində ödəniş edib.

©BBN

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər