9 C
Baku
Friday, December 13, 2024

“Facebook” kriptovalyutasının adı dəyişdirildi

“Libra” assosiasiyası adının “Diem” olaraq dəyişdirildiyini açıqlayıb.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, “Diem” etibarlı, təhlükəsiz və uyğun ödəmə sistemini inkişaf etdirməyə davam edəcək. Şirkət həmçinin komandanın bir hissəsini dəyişdirib.

“Diem”in baş direktoru Stuart Levi qeyd edib ki, şirkət “fintexdə yenilik etmək üçün sadə platforma yaradacaq və müəssisələrin sürətli, əlverişli və etibarlı əməliyyatlar həyata keçirməsini təmin edəcək”.

Mütəxəssislərin fikrincə, bu, “Facebook”dan ayrılmaq cəhdidir. Lakin buna baxmayaraq, “Diem” yalnız tənzimləyicilərin razılığını aldıqdan sonra işə başlayacağını bildirib.

Xatırladaq ki, 2019-cu ilin iyununda “Facebook” öz kriptovalyutasını buraxdığını açıqlamışdı. 2020-ci ilin mayında sosial şəbəkə kriptocüzdanın inkişaf etdirilməsi üçün müstəqil törəmə şirkətini yaratdı və bununla da “Libra”nın ona məxsus olmadığını sübut etdi. Hal-hazırda “Libra” layihəsi onlarla digər layihələrlə bir assosiasiyaya daxildir: “Andreessen Horowitz”, “Coinbase”, “Iliad”, “Lyft”, “Shopify”, “Spotify”, “Uber” və başqaları.

Noyabr ayında “Financial Times” mənbələri “Facebook”un 2021-ci ilin yanvar ayında “Libra” assosiasiyası ilə birlikdə dollara bağlı olan kriptovalyuta işə salmaq istədiyi barədə yazmışdır.

Son xəbərlər
Digər xəbərlər