29 C
Baku
Saturday, June 29, 2024

Facebook-la pul köçürmək mümkün olacaq

Facebook sosial şəbəkəsində pul köçürmələri və elektron ödəmə funksiyaları yaradılacaq. Financial Times-ın verdiyi məlumata görə, Facebook şirkəti artıq lazımi lisenziyanı almaq üçün İrlandiyanın Mərkəzi bankına müraciət edib. Şirkət isə rəsmi olaraq heç bir məlumat elan etməyib.

Şirkətin mənbələrinin verdiyi məlumata görə, pul köçürmələri xidməti sosial şəbəkənin Avropa istifadəçiləri üçün mümkün olacaq. Bunun üçün şəbəkə istifadəçisi “şəxsiyyətin təsdiq edilməsi” prosesindən keçməlidir. Belə ki, o hesabın məhz ona aid olduğunu sübut etməlidir. Yalnız bundan sonra elektron hesab açmaq mümkün olacaq. Hazırda Facebook potensial partnyorlar ilə danışıqlar aparır. Bu partnyorlar da pul köçürmələrini mobil edə bilərlər.

Facebook lisenziya almaq üçün 350 min avroya qədər nizamnamə kapitalı təqdim etməli, həmçinin müstəqil fondların nağdlığını göstərməlidir.

Facebook sosial şəbəkəsinin oyunlar və tətbiqetmələr üçün ABŞ-dan olan istifadəçilərdən ödənişlər qəbul etmək hüququ var. Şirkət partnyorlarından 30% komissiya alır və 2013-cü ildə bundan 10% gəlir əldə etmişdi.

Qeyd edək ki, Facebook bu ilin əvvəlində 16 milyard dollara WhatsApp messencerini əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər