“Facebook” sosial şəbəkəsi və YouTube xidməti, “Weedcraft Inc” oyunun reklamını blok ediblər. Qeyd etmək lazımdır ki, bu oyun marixuananın istehsalı və satışı biznesini təsvir edir. Bu haqda aprel ayında New Game Network portalı xəbər verib.
Banker.az xəbər verir ki, “Developer Digital “oyununun nümayəndəsi istifadəçilərin nəzərinə çatdırıb ki, oyunun əsasında marixuananın becərilməsini nəzərdə tutmuş qanuni biznesin yaradılması ideyası dayanır.
Xatırladaq ki, bu oyunun tərtibatı ilə “Vile Monarch” şirkəti məşğul olmuşdur. Oyun Windows və macOS əməliyyat sistemləri üçün nəzərdə tutulub.