20 C
Baku
Wednesday, May 1, 2024

“Facebook Messenger”-dən daha bir yenilik

“Facebook Messenger” əlavəsinin tərtibatçıları proqrama qrup zəngləri funksiyasını əlavə ediblər.
Məlumatına görə, bu barədə ötən gün axşam “Facebook”un vitse-prezidenti Devid Markus bildirib. O deyib ki, yeni funksiya artıq “Facebook Messenger”in sonuncu versiyasının istifadəçiləri üçün əlçatan olub.

“VentureBeat” resursu bildirir ki, hazırda qur zənglərinin maksimal iştirakçılarının sayı 50 istifadəçi ilə məhdudlaşır. Bununla belə, qrup çatında video zənglərin edilməsi hələlik mümkün deyil. Lakin bu, zaman məsələsidir. (Tək zəngli danışıqlar üçün bu funksiya 1 il öncə gerçəkləşdirilib.)

Xatırladaq ki, “Facebook Messenger” əlavəsinin aktiv iştirakçılarının sayı 900 milyon nəfəri keçib.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər