20 C
Baku
Tuesday, October 1, 2024

“Facebook” “Messenger”in qrup çatlarında pulköçürmə funksiyasını istifadəyə verib

“Facebook” sosial şəbəkəsi hələ 2015-ci ildə “Messenger” mobil proqramında istifadəçilər arasında pulköçürmə funksiyasını işə salmışdı. Amma indiyədək həmin funksiya yalnız dialoqlarda aktiv idi. İndi isə bu, həmçinin qrup çatlarında əlçatan olub.

Hitech.newsru.ru saytı xəbər verir ki, pulköçürmə funksiyasından istifadə etmək üçün bank kartı “Facebook” hesabına əlavə olunmalıdır. Haker hücumlarından müdafiə məqsədilə PIN kod və ya barmaq izi skanerindən istifadə etmək mümkündür.

Bundan sonra “Messenger” mobil tətbiqində qrup çatında yalnız “Payments” ikonkasına sıxmaq, pul göndərmək istədiyiniz insanları seçmək, məbləği daxil etmək, lazımi qeyd aparmaq və tranzaksiyanı həyata keçirmək lazımdır.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər