17 C
Baku
Thursday, May 23, 2024

“Facebook” “metakainat”ın inkişafına sərmayə qoymaq üçün fond yaradıb

Önümüzdəki iki il ərzində XR (genişlənmiş reallıq) Fondu insanların fiziki məkandan kənarda müəyyən cihazlar vasitəsilə qarşılıqlı əlaqə qurması üçün platformanın yaradılmasına 50 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Banker.az xəbər verir ki, “metakainat” “Facebook”dan ayrı olaraq da mövcud ola bilər. Şirkət “bu texnologiyaların qurulmasını təmin edəcək qeyri-kommersiya təşkilatları, hökumətlər və akademiyalarla əməkdaşlıq edəcək”.

Fond iqtisadi imkanlar, məxfilik, təhlükəsizlik, bərabərlik və inklüzivlik daxil olmaqla bir çox məsələlər üzrə tərəfdaşlarla işləyəcək.

“Siz dostlarınızla vaxt keçirə, işləyə, oynaya, oxuya, alış-veriş edə, yaradıcılıqla məşğul ola biləcəksiniz. Söhbət təkdə internetdə daha çox vaxt keçirməkdən deyil, həmçinin bu vaxtı daha mənalı etməkdən gedir”, – deyə şirkətin açıqlamasında deyilir.

“Facebook” bu məhsullarını yaxın 10-15 il ərzində reallaşdırmağı planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər