13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Facebook niyə çökmüşdü? – Səbəb AÇIQLANDI

Ötən gün “Facebook” sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.

Bu barədə “Facebook” şirkətinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir: “Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur”.

Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:

“Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər”.

Xatırladaq ki, ötən gün “Facebook”, “İnstagram” və “WhatsApp” 7 saatdan çox işləməyib.

Son xəbərlər
Oxşar xəbərlər
X