18 C
Baku
Sunday, September 8, 2024

Facebook Oculus Rift-i 2 milyarda əldə etdi

Virtual reallıq eynəkləri olan Oculus Rift cəmi bir neçə ildir peyda olmasına baxmayaraq ketlənin diqqətini cəlb edə bilib. Bu texnologiya hələ təkmilləşdirilmə mərhələsində olsa da onu əldə etməyi bacaranları heyrətə gətirib. Onu sınaqdan keçirmiş insanların sözlərinə görə insan sanki bir anlıq virtual dünyaya düşür və sadəcə başını yana çevirməklə ətrafı seyr edə bilərsiniz. İndi isə qəfil olaraq Oculus Facebook-un bir hissəsinə çevrildi.

Facebook sosial şəbəkəsi eynəklərin yaradıcısı olan bu şirkətə 2 milyard dollar ödəyib.

Diqqət çəkən məqam odur ki, sosial şəbəkə hələ tam hazır olmayan şirkətə belə bir iri həcmli məbləğ ödəmişdir. Mark Tsugerberq bildirmişdir ki, Oculus hər kəsin adət etdiyi sosial şəbəkə anlayışını dəyişmək iqtidarındadır.

Son xəbərlər
Digər xəbərlər