16 C
Baku
Saturday, April 20, 2024

“Facebook” öz prosessorlarını inkişaf etdirir

“Facebook” öz məlumat mərkəzləri üçün prosessorlar inkişaf etdirməyə başlayıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Information” bildirib.

Birinci prosessor maşın öyrənmə prosesinin sürətləndirmək üçün nəzərdə tutulur. İkinci prosessor isə canlı efirlərin keyfiyyətini yüksəltmək üçün videonun yenidən kodlaşdırılması vəzifəsini daşıyır.

Mənbələrin verdiyi məlumata görə, əgər “Facebook” bu sahədə uğur qazansa, şirkət “Intel”, “Qualcomm” və “Broadcom” kimi satıcılardan asılılığını azalda bilər.

Prosessorlar üzərində digər istehsalçılarla birlikdə işləyən bir qrup insan çalışır. Məsələn, 2019-cu ildə süni intellekt prosessorlarının inkişafında “Facebook” “Intel” ilə əməkdaşlıq edib. İndi “Facebook” çiplər üzərində təkbaşına işləyir.

Qeyd edək ki, “Facebook” öz prosessorlarını inkişaf etdirən yeganə şirkət deyil. Ondan əvvəl “Google” və “Amazon” da bu sənayeyə daxil olub.

Son xəbərlər
Digər xəbərlər