29 C
Baku
Saturday, June 29, 2024

Facebook öz pullarını yaratdı

Facebook sosial şəbəkəsi IT-şirkətlər bazarında genişlənməklə yanaşı, nəhəng internet-bank olmaq da niyyətindədir.

The Financial Times-ın verdiyi məlumata görə, sosial şəbəkəsinin İrlandiya dövlət tənzimləyicisindən təsdiq qərarı almağına cəmi bir neçə həftə qalıb. Bu qərar Facebook istifadəçilərinə yeni Facebook valyutasını almaq və satmaq imkanı yaradır.

Bundan başqa, Avropa İttifaqının üzvü olan İrlandiyanın qərarı Facebook valyutasını avroya dəyişmək imkanı verəcək və bütün Avropada keçərli olacaq. Bununla yanaşı, valyutanın online alış-veriş üçün aktual olacağı da gözləniləndir.

Son xəbərlər
Digər xəbərlər