16 C
Baku
Thursday, March 28, 2024

Facebook özünün səsli köməkçisini yaradır

CNBC saytının mənbələri Facebook şirkətinin AlexaSiri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.

   Ortaya çıxmış yeni məlumata əsasən Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VReynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyderrəhbərlik edir.

    Facebook şirkəti özünün səsli köməkçisini öz istehsalı olan Portal adlı smart ekranlarında, Oculus VR eynəklərində və ya gələcəkdə olacaq digər layihələrində istifadə edə bilər. Qeyd etmək lazımdır ki, şirkət hələ 2015-ci ildə Facebook Messenger üçün süni zəka texnologiyası əsasında çalışmış M adlı virtual köməkçini istifadəyə vermişdi. Lakin 2018-ci ilin yanvar ayında şirkət həmin layihəni bağlamışdı.

©Technote

Son xəbərlər
Digər xəbərlər