5 C
Baku
Saturday, December 14, 2024

“Facebook” qaradərili ABŞ vətəndaşlarının biznesinə maddi dəstək göstərəcək

“Facebook” rəhbərliyi ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə sonra başlayan etiraz aksiyalarının fonunda qaradərili vətəndaşların biznes layihələrinə 200 milyon dollar vəsait ayıracaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Facebook”un baş əməliyyat direktoru Şeril Sandberq məlumat verib.

“Yaxın tarixdə qaradərili vətəndaşımıza qarşı baş verən zorakılıq və haqsızlıq bizi reallıq haqda fikirləşməyə vadar etdi.  Müxtəlif qruplardan olan işçilərimizin ideyalarını birləşdirərək irqi ədalətsizliyə qarşı necə mübarizə apara biləcəyimizi düşündük. Biz qaradərili vətəndaşlarımızın və onların hüquqlarını müdafiə edən təşkilatların biznes layihələrinə 200 milyon dollar vəsait ayırmaq qərarına gəldik”, – deyə “Facebook”un baş əməliyyat direktoru söyləyib.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlar baş verib.

Son xəbərlər
Digər xəbərlər