10 C
Baku
Friday, December 13, 2024

“Facebook” qaranlıq fon rejimini sınaqdan keçirməyə başlayıb

“Facebook” sosial şəbəkəsi xidmətinin veb versiyasını yeniləmək üçün işə başlayıb. Diqqətəlayiq dəyişiklərdən biri veb-tətbiq üçün nəzərdə tutulan qaranlıq fon olacaq.

Banker.az xəbər verir ki, “The Next Web”-in verdiyi məlumata görə, şəbəkə istifadəçilərə yeni dizaynı sınamaq təklifini göndərməyə başlayıb.

Dəvət məktubunun mətnində şəbəkə rəhbərliyi qeyd edir ki, tətbiqin yeni dizaynında axtarış və naviqasiya funksiyaları ilə işləmək daha rahat olacaq, interfeysin şrift ölçüləri artırılacaq və istifadəçinin lentə baxmağı bitirdiyi nöqtəni yaddaşda saxlamaq mümkün olacaq.

Lakin ən böyük dəyişiklik qaranlıq fondur. İstifadəçilərin fikrincə, bu formatda şəbəkənin xəbər lenti bir qədər “Twitter”ə bənzəyir.

Bu, yeni dizaynın hələki sınaq versiyasıdır, yekun versiya fərqli ola bilər. Əgər sizə də interfeysin yeni versiyasını sınamaq təklifi gəlibsə və qaranlıq fon xoşunuza gəlmirsə, parametrlərdə interfeysin klassik görünüşə qayıda bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər