16 C
Baku
Monday, September 30, 2024

Facebook qırmızı bildirişləri deaktiv etmək funksiyasını test edir

Bir neçə müddət bundan öncə məşhur tərtibatçı Jane Manchun Wong Facebook tətbiqinin Android üçün olan versiyasında qırmızı bildirişləri deaktiv etməyə imkan verən gizli funksiyanı aşkar etmişdi. Daha sonra sosial media üzrə konsultant Matt Navarra öz Twitter hesabında bildirdi ki, bu funksiyanın testinə artıq start verilib.

image 89910986600443

    Bildiriş gələn zaman parlaq qırmızı nöqtələr mobil tətbiqin əsas ekranında ortaya çıxır. Bu isə bir çox Facebook istifadəçilərin xoşlarına gəlmirdi. Çünki bildirişlər çox zaman qıcıqlandırıcı olur və əsas işlərdən fikri ayırırlar. Buna görə də yaxın müddətdə onları deaktiv etmək mümkün olacaq. Facebook bu funksiyanın testinə yeni başladığı üçün o hamı üçün aktiv deyil. Gələcəkdə həmin funksiyanı ayarlardakı konfidensiallıq bölməsində tapmaq mümkün olacaq.

image 78862395184114

image 84834062587469

image 27811225363984

image 64479801710695

©Technote
Son xəbərlər
Digər xəbərlər